Azərbaycandakı Katolik kilsəsinin ordinarisi Roma Papasından nə xahiş etdi?

  • By admin
  • 02 Oktyabr 2016 12:28

ordinari

Azərbaycandakı Katolik kilsəsinin ordinarisi Vladimir Fekete Roma Papası Fransiskin iştirakı ilə kilsədə baş tutan dua mərasimindən sonra Papaya təşəkkür  edib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, o çıxışında bildirib ki, bu gün Azərbaycandakı yerli kilsə və ölkənin bütün xalqı Rəbbdən qeyri adi hədiyyə alıb.

Katolik kilsəsinin ordinarisi deyib ki, Roma Papasına Azərbaycan Apostol Prefekturasının bütün imamları, keşişləri, rahibləri adından burada olduğu, moizə zamanı təşviqi sözləri və öz həyatını tamamilə Allahın padşahlığına həsr edərək nümunə olduğu üçün dərin minnətdarlığımızı bildirir: “Sizdən xahiş edirik ki, bizimlə birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyə davam edəsiniz”.

Daha sonra üzərində Bakıdakı katolik Kilsəsinin şəkli olan xalça Roma Papasına hədiyyə edilib. Papa çıxışı edib və xeyirxah işlərə imza atan Selezian ailəsinə salamlarını çatdırıb: “İnsanlara xidmət etmək üçün həyata keçirdiyiniz işləri davam etdirin”.

Gununsesi.info