“Yeni Müsavat” 27 yaşını qeyd edir

  • By admin
  • 12 Noyabr 2016 23:54

yenimusavat

“Yeni Müsavat” qəzetinin kollektivi adıçəkilən mətbu orqanın 27 yaşını qeyd edir. Gununsesi.info-nun xəbərinə görə, qəzetin əməkdaşları paytaxt restoranlarının birində toplaşıb. Bununla bağlı təşkil olunan ziyafətdən fotolar paylaşan qəzetin baş redaktoru Rauf Arifoğlu “Daha bir ili tamamladıq. 27 oldu. Durmaq, yorulmaq yox, Yola davam!” deyə facebook səhifəsində yazıb.

Gununsesi.info olaraq, ölkəmizin ən böyük media quruluşlarının birində çalışan həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

yeni1