ATV-nin qalmaqallı verilişi yayımdan çıxarıldı - VİDEO

  • By admin
  • 12 İyun 2016 20:26

yoxlama
Mətbuatın qınağı və son günlər formalaşmış kəskin ictimai rəydən çəkinən ATV rəhbərliyi cümə günü efirə gedəcək olan “Yoxlama” verilişini proqramdan çıxarıb. Bu barədə Gununsesi.info-ya adıçəkilən telekanaldan adının çəkilməsini istəməyən mənbə bildirib. Qeyd edək ki, ötən  həftə boyu verlişin anonsu yayımlanırdı. Artıq  “Myvideo.az” da belə ATV-nin cümə gününə olan proqram səhifəsi yığışdırılıb. Verilən məlumata görə, efirə gedəcək olan buraxılış “reket” xarakterli olub. Ona görə də telekanal rəhbərliyi ictimai rəyin ATV -nin əleyhinə olduğu indiki məqamda efirə getməsi bu baxımdan məqsədəuyğun sayılmayıb.

Gununsesi.info həmin proqramın kadrlarını əldə edib. Kadrlarda da görünür ki , kiçik bir kafeyə hücum çəkən atv-çilər daha çox şantaja gəlmiş reket dəstəsini xatırladır.

Onu da qeyd edək ki, “Yoxlama” verilişi Rusiya telekanallarının birindən götürülüb. Ancaq ATV-nin plagiat layihəsi Rusiya televiziyasından fərqli olaraq, şantaj yolunu tutub.

Onu da xatırladaq ki, telekanal əməkdaşlarının bir neçə gün öncə restoranlardan birinə qəfil basqın etməsi həmin əməkdaşların döyülməsi ilə nəticələnmişdi.

Gununsesi.info efirə getməsi yasaqlanan proqramın görüntülərini təqdim edir:

https://www.youtube.com/watch?v=mvc5PTj_B4o&app=desktop