50-yə yaxın gənc mühacirətə yollandı - AKSİYALARDA FOTO ÇƏKDİRMƏKLƏ

  • By admin
  • 09 Oktyabr 2016 23:49

muhacir

Son illər Azərbaycanı tərk edərək Avropaya sığınanların sayı artmaqdadır. Avropa ölkələrinə getmək üçün müxtəlif variantlara əl atan soydaşlarımız getdikləri ölkələrdə özlərini müxalifət fəalları kimi təqdim edirlər. Ancaq medianın araşdırmaları zamanı bəlli olub ki, bu şəxslərin siyasi müxalifətə heç bir aidiyyatı yoxdur. Həmçinin,  Avropada yaşayan siyasi fəalların özləri də oradakılarıb çoxunu tanımır.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, ötən ayın sonunda 50-yə yaxın Azərbaycan vətəndaşı Avropa ölkələrinə mühacirət edib. Maraqlıdır ki, mühacirətə gedənlərin əksəriyyəti son zamanlar təşkil edilən mitinqlərdə olanlardır. Belə ki, aksiyaya qatılan bu insanlar bir neçə foto çəkdirməklə buna nail olublar. Müxtəlif yollarla Avropaya daxil olan həmin şəxslərin əksəriyyəti gənclərdir. Onlar daxil olduğu ölkələrdə son aksiyalarda fotolarını yerli qurumlara təqdim edərək, özlərini siyasi müxalifətin tərəfdarıları kimi təqdim ediblər.

Hazırda müxtəlif düşərgələrdə qəbul olunan həmin şəxslərlə bağlı araşdırmalar başlayıb.

Gununsesi.info